Rusiyada patrul xidmətinə hücumda 2 polis olmaqla 7 nəfər ölüb

Rusiyada patrul xidmətinə hücumda 2 polis olmaqla 7 nəfər ölüb

Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasında yol polisi patruluna hücum olub.

APA xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.

Hücum zamanı 2 polis əməkdaşının həlak olduğu, 4 nəfərin yaralandığı qeyd olunub.

Hücum edən 5 nəfərin cavab atəşi ilə məhv edildiyi vurğulanıb.