Gürcüstan-Rusiya sərhədində sıxlıq müşahidə olunur

Gürcüstan-Rusiya sərhədində sıxlıq müşahidə olunur

“Yuxarı Lars” keçid məntəqəsindən 4 100-dən çox yük maşını keçmək üçün gözləyir.

“Report”un yerli bürosu xəbər verir ki, bununla bağlı Şimali Osetiya Yol Hərəkətini İdarəetmə Mərkəzi bildirib.

Rusiya tərəfdən Gürcüstana daxil olmaq üçün isə ümumilikdə 4 132 yük avtomobili gözləyir.

Hazırda Gürcüstan-Rusiya sərhədinə gedən yolda ağır yük maşınlarının hərəkəti sərbəstdir.