Səfir: “Rusiya Ermənistana silah tədarük etmək öhdəliyinə çox ciddi yanaşır”

Səfir: “Rusiya Ermənistana silah tədarük etmək öhdəliyinə çox ciddi yanaşır”

Rusiya artıq əldə etdiyi silahları Ermənistana tədarük etmək öhdəliyinə çox ciddi yanaşır.

APA xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin “24News”a müsahibəsində deyib.

Onun sözlərinə görə, tərəflər bu istiqamətdə fəal şəkildə qarşılıqlı fəaliyyət göstərirlər.

“Bəli, müəyyən obyektiv çətinliklər var idi, bu, siyasiləşmiş məsələ deyil. İndi aktiv və qarşılıqlı əlaqələr var, bütün mövcud müqavilələr yaxın iki ildə tamamlanmalıdır”, - diplomat vurğulayıb.