Çikaqoda iki yeniyetmə güllələnərək öldürülüb

Çikaqoda iki yeniyetmə güllələnərək öldürülüb

ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərində baş verən atışmada azı iki nəfər ölüb.

“Birxeber.Az” xəbər verir ki, bu barədə şəhər polisinə istinadən NBC televiziyası məlumat yayıb.

Belə ki, məktəbdən çıxan 16 və 17 yaşlı iki yeniyetmə avtomobillərdən düşən naməlum şəxslər tərəfindən güllələnib.

Yaralılar ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, onların həyatını xilas etmək mümkün olmayıb.

Polis hələ ki, hər hansı şübhəlinin saxlanılması və ya cinayətkarların şəxsiyyətinin müəyyən edilməsi barədə açıqlama verməyib. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.