Pakistanlı ekspert: Qərb enerji təhlükəsizliyi sahəsində mühüm tərəfdaş olan Bakı ilə münasibətləri riskə atmamalıdır

Pakistanlı ekspert: Qərb enerji təhlükəsizliyi sahəsində mühüm tərəfdaş olan Bakı ilə münasibətləri riskə atmamalıdır

Azərbaycan Avropa İttifaqının (Aİ) enerji təhlükəsizliyi sahəsində mühüm tərəfdaşıdır və buna görə də Qərb birtərəfli mövqe tutmamalı, Bakı ilə münasibətlərini riskə atmamalıdır.

Bunu "Birxeber.Az"a açıqlamasında pakistanlı ekspert, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Əhsən Həmid Durrani aprelin 5-də Brüsseldə Ermənistan-ABŞ-Aİ formatında keçiriləcək görüşə münasibət bildirərkən deyib.

“Bu formatda inklüzivlik yoxdur, çünki Cənubi Qafqazda əsas aktor olan Azərbaycanın mövqeyi nəzərə alınmayacaq. Baxmayaraq ki, Ermənistanla sülh prosesinin başlanmasının təşəbbüskarı məhz Azərbaycan olub”, - o vurğulayıb.

Ekspert qeyd edib ki, Aİ və ABŞ Bakı ilə İrəvan arasındakı sülh dialoqunda etibarlı vasitəçi olmalıdır: “Onlar Cənubi Qafqazda bu münaqişənin beynəlxalq hüquqa uyğun olaraq uzunmüddətli həllinin tapılmasına kömək etmək üçün məsuliyyətli fövqəldövlətlər kimi çıxış etməlidirlər”.