“IT HUB Azerbaijan” əmək və karyera sərgisi keçiriləcək

“IT HUB Azerbaijan” əmək və karyera sərgisi keçiriləcək

Aprelin 2-də Bakıda İqtisadiyyat Nazirliyinin tabeliyindəki IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), Bakı Ali Neft Məktəbi (BANM) və “StrategEast” şirkətinin birgə təşkilatçılığı ilə əmək və karyera sərgisi keçiriləcək.

"Birxeber.Az" bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, “IT HUB Azerbaijan” adlı sərgi BANM-ın Bayıl korpusunda baş tutacaq, ölkənin aparıcı rəqəmsal və texnologiya şirkətlərini bir araya toplayacaq. “Gələcək iş, gələcəyi dəyiş!” devizi ilə keçirilən tədbirdə ölkənin 100-ə yaxın texnologiya və rəqəmsal şirkəti iştirak edəcək. Sərgidə ölkənin müxtəlif universitetlərində İKT sahəsində təhsil alan sonuncu kurs tələbələri və məzunlar ixtisaslarına uyğun karyera perspektivləri ilə tanış ola biləcəklər.

Qeydiyyat üçün: https://azerbaijan.jobfair.strategeast.org