Tovuzda qanunsuz tikili sökülüb

Tovuzda qanunsuz tikili sökülüb

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Tovuzda qanunsuz tikilini söküb.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Tovuz şəhəri ərazisində fiziki şəxs tərəfindən qanunsuz olaraq tikinti işinin aparılması faktı aşkar edilib.

Tovuz Rayon İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə qanunsuz tikili sökülüb.