Azərbaycan hərbçiləri Türkiyədə beynəlxalq təlimdə iştirak edir

Azərbaycan hərbçiləri Türkiyədə beynəlxalq təlimdə iştirak edir

Türkiyə Respublikasının İstanbul və İzmir şəhərlərində 49 ölkədən ümumilikdə 1567 nəfərdən ibarət şəxsi heyətin iştirakı ilə “EFES - 2024” çoxmillətli təlim keçirilir.

Bu barədə "Birxeber.Az"a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, kompüter dəstəkli komanda-qərargah və döyüş atışlı mərhələdən ibarət olan təlimə Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu cəlb olunub.

“EFES - 2024” çoxmillətli beynəlxalq təlimi mayın 30-dək davam edəcək.