Zelenski ABŞ və Avropanı Rusiya raketləri ilə hədələyib

Zelenski ABŞ və Avropanı Rusiya raketləri ilə hədələyib

ABŞ və Avropada hələ müharibə yoxdur, lakin çox yaxında bu müharibə başlaya bilər və Rusiya raketləri o istiqamətdə uçacaq.

Birxeber.Az xəbər verir ki, bunu “CBS News”a müsahibəsində Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Ukrayna rəhbərinin sözlərinə görə, Avropa İttifaqı (Aİ) Rusiya ilə hərbi münaqişəyə girərsə, o zaman Amerika əsgərləri bütün Avropanı müdafiə etməli olacaq, çünki ABŞ NATO-nun üzvüdür.

“Hazırda Birləşmiş Ştatlarda müharibə yoxdur, amma çox tezliklə müharibə ora gəlib çata bilər. Həm Avropaya, həm də ABŞ-yə. Hələlik Rusiya raketləri ABŞ-yə çatmır, amma sabah bu raketlər istənilən ölkəyə uça bilər”, - Zelenski vurğulayıb.