İran XİN: Xəzər dənizində üçüncü ölkələrin hərbi mövcudluğu regionun maraqlarına ziddir

İran XİN: Xəzər dənizində üçüncü ölkələrin hərbi mövcudluğu regionun maraqlarına ziddir

Üçüncü ölkələrin Xəzər dənizində hərbi mövcudluğunu təmin etmək səyləri regionun maraqlarına ziddir.

APA xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Türkmənistanın xarici işlər naziri Rəşid Meredovla danışıqlar zamanı bildirib.

XİN rəhbəri Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın hökumət başçıları səviyyəsində üçüncü Xəzər İqtisadi Forumunun keçirilməsi təklifi ilə də çıxış edib.

Bundan əvvəlki forum 2022-ci il oktyabrın 5-6-da Moskvada keçirilib.