Netanyahu: HƏMAS-ın strateji aktivlərinə həbs qoyulub

Netanyahu: HƏMAS-ın strateji aktivlərinə həbs qoyulub

İsrail Qəzza zolağında hərbi əməliyyatlar zamanı HƏMAS hərəkatının strateji aktivlərini ələ keçirib və danışıqlar zamanı onlardan istifadə etmək niyyətindədir.

"Birxeber.Az" xəbər verir ki, bunu İsrailin Baş naziri Binyamin Netanyahu HƏMAS-da girovluqda olan şəxslərin ailələri ilə görüşündə deyib.

"HƏMAS-ın strateji aktivlərini ələ keçirdik. Bu, girovlarımızın azad edilməsi üçün daha bir açardır. Biz Qəzza zolağının şimalına və Xan Yunisə nəzarət edirik, Rəfaha daxil olmağa hazırlaşırıq. Bütün girovları geri qaytarmaq üçün bu aktivlərdən ağıllı şəkildə istifadə etməliyik”, - Netanyahu bildirib.

Baş nazir HƏMAS-ın hansı aktivlərindən danışdığını açıqlamayıb.