Gəncədə yaşayış binasında yanğın söndürülüb, xəsarət alan var - YENİLƏNİB

Gəncədə yaşayış binasında yanğın söndürülüb, xəsarət alan var - YENİLƏNİB

Gəncədə yaşayış binasında yanğın söndürülüb.

"Birxeber.Az"un Qərb bürosunun məlumatına görə, Heydər Əliyev prospekti bina 3 ünvanında yerləşən, 3 mərtəbəli binanın dam örtüyündə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürənləri tərəfindən söndürülüb.

Binanın dam örtüyünün 300 kvadratmetr sahəsi yanıb, 50 nəfər bina sakini təxliyə olunub.

Hadisə zamanı həyəcanlanan və özlərini pis hiss edən bir neçə sakinə tibbi yardım göstərilib. Yanğın zamanı 1971-ci il təvəllüdlü A.Tanrıverdiyev isə əlindən yüngül xəsarət alıb.

Hadisənin başvermə səbəbi araşdırılır.

23:25

Gəncə şəhər Heydər Əliyev prospektində yerləşən yaşayış binalarından birində yanğın qeydə alınıb.

"Birxeber.Az"un Qərb bürosunun məlumatına görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin 6 yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.

Hadisə səbəbindən bina sakinləri təxliyə edilib.

Yanğın yayılmasının qarşısı alınıb, hazırda söndürmə işləri aparılır.

Fakt araşdırılır.