ABŞ İsraillə Rəfaha dair görüşün yeni tarixini müzakirə edir

ABŞ İsraillə Rəfaha dair görüşün yeni tarixini müzakirə edir

ABŞ Qəzza zolağının cənubundakı Rəfah şəhəri ətrafında vəziyyətlə bağlı İsraillə görüşün mümkün yeni tarixlərini müzakirə edir.

APA xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün keçirdiyi müntəzəm onlayn brifinqdə bildirib.

Onun sözlərinə görə, Vaşinqton belə bir razılaşmanın əldə olunacağına əmindir.

“Hazırda vaxtı və təqvimdə tarixi dəqiqləşdirmək üzərində işləyirik. Buna nail olan kimi sizi xəbərdar edəcəyik”, - Kirbi vurğulayıb.