Nebenzya: "Qərb məhdudiyyətlər vasitəsilə KXDR-i "boğmağa" çalışır"

Nebenzya: "Qərb məhdudiyyətlər vasitəsilə KXDR-i "boğmağa" çalışır"

ABŞ başda olmaqla Qərb birtərəfli məhdudiyyətlərlə KXDR-i "boğmağa" çalışır.

Birxeber.Az xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Təhlükəsizlik Şurasının iclasında deyib.

“Biz Qərb ölkələrindən ibarət koalisiyasın Pxenyanı "boğmaq" məqsədilə yürütdüyü siyasətin şahidiyik. Bu koalisiyaya ABŞ rəhbərlik edir”, - Nebenzya vurğulayıb.

Onun sözlərinə görə, bu siyasətə ciddi birtərəfli məhdudiyyətlər, aqressiv təbliğat və KXDR hakimiyyətinə qarşı birbaşa şəxsi təhdidlər daxildir.