Azərbaycan millisinin voleybolçusu İndoneziya klubuna keçib

Azərbaycan millisinin voleybolçusu İndoneziya klubuna keçib

Türkiyənin "Ankara Karayolları” klubu ilə yollarını ayıran Azərbaycan millisinin voleybolçusu Polina Rəhimova karyerasını İndoneziyada davam etdirəcək.

"Report" "Jatim.pikiran-rakyat" nəşrinə istinadən xəbər verir ki, 33 yaşlı oyunçu "Qresik Petrokimiya" ilə anlaşıb.

Qeyd edək ki, Polina Rəhimova daha əvvəl Vyetnam, İtaliya, Cənubi Koreya və Braziliyada legioner həyatı yaşayıb.