Ramazanda oruc tutmayan deputatlar: Kimi səhhətini, kimisi də iş rejimini səbəb gətirdi

Ramazanda oruc tutmayan deputatlar: Kimi səhhətini, kimisi də iş rejimini səbəb gətirdi

Ramazan ayı bütün müsəlman ölkələrinin sevinc və səbirsizliklə gözlədiyi mübarək ay hesab olunur. Ölkəmizdə də əksər insanlar bu ayda oruc tutur, savab əməllər görməyə çalışırlar. Ramazan yeganə aydır ki, hər kəs dünyəvi həvəsdən yavaşıyır, nəfslərinə hakim olmağa, iradələrini gücləndirməyə çalışır.

Birxeber xəbər verir ki, Bizim.Media deputatların Ramazan ayını necə keçirməkləri ilə maraqlanıb. Onlar xalqımızı Ramazan ayının gəlişi münasibətilə təbrik edərək oruclu olub-olmadıqları haqda danışıblar.

Deputat Aqil Abbas səhhətində olan problemlərə görə oruc tuta bilmədiyini bildirib:

“Oruc tutanlara böyük hörmətim var, amma mən özüm, təəssüf ki, tuta bilmirəm. İllər öncə mən də oruc tuturdum, lakin hazırda nə səhhətim, nə də yaşım buna imkan vermir. Buna baxmayaraq, Ağcabədidə öz seçicilərim üçün iftar süfrəsi açacağam”.

Deputat Etibar Əliyev oruc tutanlara böyük rəğbət bəslədiyini qeyd edib, özü isə...

“İş rejimim və səhhətimlə bağlı olaraq oruc tuta bilmirəm. Dindar seçicilərimə iftar süfrəsi təşkil etməyi planlaşdırıram”, - deyə o bildirib.

Deputat Tahir Kərimli də səhhətində problemlər olduğunu söyləyib:

“Ailə üzvlərim oruc tutsa da, mən tuta bilmirəm. Çünki cərrahi əməliyyat keçirmişəm, bu vəziyyətimlə oruclu qala bilmərəm. Lakin çalışıram ki, az yeyim, içim. Bacardığım qədər savab işlərlə məşğul olmağa, yardım etməyə çalışıram”.

Deputat Elman Nəsirov iş rejimi ilə əlaqədar olaraq oruc tuta bilmədiyini bildirib.

“İş rejimim elədir ki, nahar vaxtında da yeməyimi yeyə bilmirəm. Qida rejimim pozulub, günorta yeməyim saat 4-5 ə qədər çəkir. Hərdən zarafatla deyirəm ki, mən, deyəsən, il boyu orucam. Ailə üzlərim arasında oruc tutanlar var. Seçicilərimə isə iftar süfrəsini artıq vermişəm”, - deyən deputat hər kəsi mübarək ay münasibəti ilə təbrik edib.

Birxeber
Sosial Sosial
"Bravo"nun adından saxta mesajlar yayılır

"Bravo"nun adından saxta mesajlar yayılır

Sosial Sosial
DYP-dən “TEKNOFEST”lə bağlı sürücülərə MÜRACİƏT

DYP-dən “TEKNOFEST”lə bağlı sürücülərə MÜRACİƏT

Sosial Sosial
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür!

Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür!

Sosial Sosial
Oksford Universitetinin əməkdaşları Azərbaycanda seysmik tədqiqatlar aparır

Oksford Universitetinin əməkdaşları Azərbaycanda seysmik tədqiqatlar aparır

Sosial Sosial
Sərnişilərin NƏZƏRİNƏ! Metroda qatarların hərəkət qrafiki dəyişdirildi

Sərnişilərin NƏZƏRİNƏ! Metroda qatarların hərəkət qrafiki dəyişdirildi

Sosial Sosial
Günə 10-15 manat qazanmaq istəyən moped sürücüsü: "Vaxtında çatmayanda sifarişi ləğv edirlər" - VİDEO

Günə 10-15 manat qazanmaq istəyən moped sürücüsü: "Vaxtında çatmayanda sifarişi ləğv edirlər" - VİDEO

Sosial Sosial
Bu ailələrə ŞAD XƏBƏR - Hər birinə müavinət verilə bilər - VİDEO

Bu ailələrə ŞAD XƏBƏR - Hər birinə müavinət verilə bilər - VİDEO

Sosial Sosial
Bakıda bir sıra prospektlərdə hərəkət məhdudlaşdırılacaq

Bakıda bir sıra prospektlərdə hərəkət məhdudlaşdırılacaq

Sosial Sosial
Seyfəli poliqonunda döyüş sursatlarının utilizasiyası həyata keçiriləcək - Nazirlik

Seyfəli poliqonunda döyüş sursatlarının utilizasiyası həyata keçiriləcək - Nazirlik

Sosial Sosial
TƏBİB tibb müəssisələrində çalışan şəxslər üçün təlimlərə başlayıb - FOTO

TƏBİB tibb müəssisələrində çalışan şəxslər üçün təlimlərə başlayıb - FOTO

Sosial Sosial
Bakının ən böyük xəstəxanalarından biri xəstəlik yuvasına dönüb - FOTO

Bakının ən böyük xəstəxanalarından biri xəstəlik yuvasına dönüb - FOTO

Sosial Sosial
Bakıda bu mənzillər satışa çıxarılır: QİYMƏTLƏR XEYLİ UCUZLAŞACAQ

Bakıda bu mənzillər satışa çıxarılır: QİYMƏTLƏR XEYLİ UCUZLAŞACAQ