Ermənistan “Zvartnots”da işləmək üçün sərhədçilərin işə qəbulunu elan edib

Ermənistan “Zvartnots”da işləmək üçün sərhədçilərin işə qəbulunu elan edib

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunları dövlət sərhədinin “Zvartnots”, “Baqrataşen” və digər sərhəd-buraxılış məntəqələrində işləmək üçün kiçik zabit vəzifələrinə vətəndaşların qəbulunu elan edib.

Birxeber.Az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, müraciətlər yaşı 30-a qədər olan qadın və kişilərdən qəbul edilir, kişilər üçün hərbi xidmət məcburidir. Namizədlərdən erməni dilindən əlavə, rus və ya ingilis dilini bilmək tələb olunur.

Avqustun 1-dən “Zvartnots” hava limanından rus sərhədçiləri çıxarılacaq, yalnız erməni sərhədçiləri xidmət aparacaq.