Altay diyarında yanğında 3 uşaq ölüb

Altay diyarında yanğında 3 uşaq ölüb

Rusiyanın Altay diyarında yanğında üç uşaq ölüb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi teleqramda məlumat yayıb.

“Blaqoveşşenka rayon mərkəzində fərdi yaşayış evi yanıb. Yanğın tavanın doqquz kvadratmetrini yararsız hala salıb. Rusiya Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri ev sahibini xilas edib və o, həkimlərə təhvil verilib. Təəssüf ki, 2011, 2016 və 2018-ci il təvəllüdlü uşaqların cansız bədəni aşkarlanıb”, – məlumatda diqqətə çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.