Seneqalda prezident seçkilərinin rəsmi nəticələri elan olunub

Seneqalda prezident seçkilərinin rəsmi nəticələri elan olunub

Bassiru Diomaye Faye seçkilərin ilk turunda qalib gələrək Seneqalın yeni prezidenti seçilib.

"Birxeber.Az" xəbər verir ki, Seneqalın Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Diomaye Faye səslərin 54,28 faizini toplayıb. Onun rəqibi Amadu Baya isə seçicilərin 35,79 faizi etimad göstərib. Digər namizəd, Aliu Mamadu Dia cəmi 2,8 faiz səs qazana bilib.

Mərkəzi Seçki Komissiyasının elan etdiyi nəticələr Konstitusiya Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra yeni prezident vəzifəsinin icrasına başlayacaq. Məhkəmənin iclası gələn həftəyə təyin edilib.

Qeyd edək ki, 44 yaşlı Bassiru Diomaye Faye müstəqil Seneqalın beşinci və ən gənc prezidenti hesab edilir.