Blinken və Stoltenberq Ukraynaya yardım mexanizmlərini müzakirə ediblər

Blinken və Stoltenberq Ukraynaya yardım mexanizmlərini müzakirə ediblər

ABŞ dövlət katibi Entoni Blinken və NATO Baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.

APA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, dövlət katibi Blinken və NATO-nun baş katibi Yens Stoltenberq qarşıdan gələn NATO Xarici İşlər Nazirləri Toplantısına hazırlığı, xüsusilə NATO-nun Ukraynaya siyasi və praktiki dəstəyini artırmaq mexanizmlərini müzakirə ediblər.

Tərəflər həmçinin Vaşinqton Sammiti üçün NATO-nun prioritetləri barədə fikir mübadiləsi aparıblar.