Pedaqoji Universitetin Şəki filialına yeni direktor təyin olunub

Pedaqoji Universitetin Şəki filialına yeni direktor təyin olunub

Vurğun Məmmədov Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialına direktor təyin olunub.

"Birxeber.Az" xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Qeyd edək ki, bu təyinata qədər V.Məmmədov ADPU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsində çalışıb. Eyni zamanda, tarix üzrə fəlsəfə doktoru, ADPU-nun Azərbaycan tarixi kafedrasının dosentidir.