İngiltərə millisinin qapıçısı AVRO-2024-ü buraxacaq

İngiltərə millisinin qapıçısı AVRO-2024-ü buraxacaq

İngiltərə millisinin və "Kristal Pelas" klubunun qapıçısı Sem Constoun mövsümün qalan hissəsini və AVRO-2024-ü zədə səbəbindən buraxacaq.

"Report" xəbər verir ki, qolkiper dirsək nahiyəsindən aldığı zədəyə görə bu gün əməliyyat olunub.

O, Belçika millisi ilə matçdan öncə keçirilən məşqdə zədələnib. Həkimlər onun 4 aya qədər yaşıl meydanlardan kənarda qalacağını bildiriblər. İngiltərə millisinin ikinci qapıçısı olan Constounun bununla da qitə birinciliyində yığmaya kömək edə bilməyəcəyi dəqiqləşib.

Qeyd edək ki, İngiltərə millisi AVRO-2024-ün final mərhələsində C qrupunda Sloveniya, Danimarka və Serbiya ilə mübarizə aparacaq.