Fransa Ukraynaya kəşfiyyat dronları göndərəcək

Fransa Ukraynaya kəşfiyyat dronları göndərəcək

Fransa Ukraynaya hərbi yardım çərçivəsində kəşfiyyat dronları göndərəcək.

APA xəbər verir ki, bu barədə “Unian” məlumat yayıb.

Qeyd olunub ki, pilotsuz uçuş aparatları istehsalçısı olan “Delair” şirkəti Ukraynaya 400 kəşfiyyat dronu tədarük edəcək. Həmin dronların istehsalı üçün müqavilənin artıq bağlandığı qeyd olunub.

Məlumata əsasən, söhbət iki növ drondan gedir – “Delair DT26” modelinin çəkisi 16 kq, ona nisbətən daha yığcam “Delair UX11” modelinin çəkisi isə cəmi 1,5 kq-dır.

Həmin dronlar mülki sektorda istifadə üçün nəzərdə tutulsa da, Ukrayna cəbhəsində də fəal şəkildə istifadə olunur və bu səbəbdən şirkət bir il ərzində dron istehsalının həcmini üç dəfə artırıb.