Elçin Babayev yenidən BDU-nun rektoru təyin edilib

Elçin Babayev yenidən BDU-nun rektoru təyin edilib

Elçin Səfəralı oğlu Babayev Bakı Dövlət Universitetinin rektoru təyin edilib.

Birxeber.Az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Qeyd edək ki, “Təhsil haqqında” qanuna əsasən, artıq Azərbaycanda dövlət ali təhsil müəssisəsinə rektor 5 il müddətinə təyin edilir. Elçin Babayevin 2019-cu il martın 11-də Bakı Dövlət Universitetinə rektor təyin edilmiş və səlahiyyət müddəti artıq başa çatmışdı.