Türkiyənin Hannoverdəki Baş Konsulluğuna hücum olub

Türkiyənin Hannoverdəki Baş Konsulluğuna hücum olub

Türkiyənin Almaniyanın Hannover şəhərindəki Baş Konsulluğuna hücum olub.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN-dən diplomatik mənbələr bildirib.

Hadisə ilə bağlı Türkiyə yerli hakimiyyət orqanları ilə, sonra isə Almaniyanın Ankaradakı səfiri ilə müzakirələr aparılıb.