Hidrometeorologiya Xidməti: Kür çayında suyun səviyyəsində artım müşahidə edilib - VİDEO

Hidrometeorologiya Xidməti: Kür çayında suyun səviyyəsində artım müşahidə edilib - VİDEO

Bayram günlərində ölkə ərazisində yağan yağıntılarla əlaqədar çaylarda suyun səviyyəsində nisbətən artım müşahidə edilib.

Bunu Birxeber.Az-ya açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev deyib. O bildirib ki, bu mövsümi xarakter daşıyır:

"Müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Kür çayının aşağı axınında da suyun səviyyəsində artım müşahidə edilib. Lakin bu artım Kür çayı üçün böyük göstərici deyil. Hazırda Kür çayında suyun səviyyəsində artıb-azalma müşahidə edilir. Artıq yağıntılar kəsib. Buna görə bəzi məntəqələrdə suyun səviyyəsində azalma müşahidə edilir".

"Böyük və Kiçik Qafqazın bəzi çaylarında, o cümlədən Qanıx çayında da suyun səviyyəsində artım olub. Lakin artıq çaylarda suyun səviyyəsində nisbətən azalma müşahidə edilir", - deyə o qeyd edib.