Sabirabad sakinindən 12 kq narkotik vasitə aşkarlanıb - FOTO

Sabirabad sakinindən 12 kq narkotik vasitə aşkarlanıb - FOTO

Sabirabad sakinindən 12 kiloqram narkotik vasitə aşkarlanıb

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA-ya verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı narkokuryerlik edən rayon sakini, əvvəllər oğurluq və narkotik cinayərlərinə görə dəfələrlə məhkum olunmuş Saleh Əliyev saxlanılıb. Onun üzərinə baxış zamanı 12 kiloqramdan artıq heroin, tiryək, metamfetamin və marixuana aşkar edilib.

Araşdırmalar zamanı S.Əliyevin sosial şəbəkələr vasitəsilə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan "Baba" adlı iranlı narkotacir tərəfinən kuryerliyə cəlb olunduğu müəyyən edilib.

Faktla bağlı Sabirabad RPŞ-də cinayət işi başlanıb, saxlanılan şəxs barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.