Qazaxıstan Prezidenti Çinə səfər edəcək

Qazaxıstan Prezidenti Çinə səfər edəcək

Martın 28-29-da prezident Kasım-Jomart Tokayev Çin Xalq Respublikasına işgüzar səfər edəcək.

APA-nın Mərkəzi Asiya bürosu xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Prezident Boao Asiya Forumunun sessiyasında iştirak edəcək. Səfər zamanı Kasım-Jomart Tokayevin ÇXR rəhbərliyi, beynəlxalq təşkilatların rəhbərləri və iri Çin şirkətləri ilə bir sıra görüşləri nəzərdə tutulur.

Əhməd Əkbərov