Füzuli sakini: El-obamıza qayıtmaq ən böyük arzum idi

Füzuli sakini: El-obamıza qayıtmaq ən böyük arzum idi

“Doğma yurduma çatmaq üçün səbirsizlənirəm. El-obamıza qayıtmaq ən böyük arzum idi. Məni bu arzuma çatdıran hər kəsə uzun ömür versin”.

“Birxeber.Az” xəbər verir ki, bu sözləri Füzuli şəhərinə qayıdan keçmiş məcburi köçkün Mənsurova Laləzər deyib.

“Füzuliyə qayıdacağımı eşidəndə çox sevindim. Ali Baş Komandanımız başda olmaqla bizə bu sevinci yaşadan Azərbaycan Ordusuna, əsgərlərimizə minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, bu yolda sağlamlığından keçən qazilərimizə şəfa versin”, - deyə Mənsurova Laləzər bildirib.

Qeyd edək ki, bu gün növbəti köç karvanı Füzuli şəhərinə yola salınıb. Bu mərhələdə daha 35 ailə (134 nəfər) öz doğma yurduna köçürülür.

Xatırladaq ki, indiyədək Füzuli şəhərinə 631 ailənin, yəni 2 379 nəfərin daimi məskunlaşması təmin edilib.