Ukrayna millisi tarixində dördüncü dəfə Avropa çempionatına çıxıb

Ukrayna millisi tarixində dördüncü dəfə Avropa çempionatına çıxıb

Ukrayna millisi Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.

APA xəbər verir ki, bu uğura Şərqi Avropa ölkəsi İslandiya millisini məğlub edərək nail olub.

Ukraynadakı müharibə səbəbindən Polşanın Vorslav (Wrocław) şəhərindəki Tarçinski Arenada (Tarczynski Arena) baş tutan matçda ikirənglilər (sarı-mavi) tarixində dördüncü dəfə qitə birinciliyində mübarizə aparacaq.

90 dəqiqənin tamamında ukraynalılar skandivaiya təmsilçisinə 2:1 hesabı ilə qalib gəlib.