Rusiya FTX direktoru: Radikal islamçılara “Crocus”da terror törətmək üçün kömək ediblər

Rusiya FTX direktoru: Radikal islamçılara “Crocus”da terror törətmək üçün kömək ediblər

“Radikal islamçılar yardım olmadan, təkcə “Crocus City Hall”da terror aktı törədə bilməzdilər”.

“Report” xəbər verir ki, bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru, Milli Antiterror Komitəsinin sədri Aleksandr Bortnikov bildirib.

“Burada siyasi fon var. Və tək islamçılar belə bir aksiya hazırlaya bilməzdilər. Təbii ki, onlara köməklik edilib”, - deyə Aleksandr Bortnikov vurğulayıb.

O qeyd edib ki, “Crocus City Hall”da terror aktı ilə bağlı ilkin məlumatlar Ukrayna izini təsdiqləyir.