Nəsimi rayonunda 33 yaşlı qadını avtomobil vurub
Bakının Nəsimi rayonunda 33 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
“Birxeber.Az”un məlumatına görə, 1989-cu il təvəllüdlü Əliyeva Günay Həsən qızı yolu keçərkən avtomobil onu vurub.
Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya catdırılıb.
Faktla bağlı araşdırma aparılır.