Azərbaycan bu il Qazaxıstandan soğan idxal edəcək

Azərbaycan bu il Qazaxıstandan soğan idxal edəcək

Bu il Qazaxıstan Azərbaycan və Gürcüstana imzalanamış müqavilə çərçivəsində 160 min ton soğan ixrac edəcək.

“Report” xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə Qazaxıstanın kənd təsərrüfatı naziri Aydarbek Saparov deyib.

O bildirib ki, ticarət və nəqliyyat nazirlikləri ilə birgə məhsulun ixracı üçün logistika məsələlərinin həlli üzərində iş gedir: “Qazaxıstan əvvəlki illərdə 180 min ton soğan ixrac edirdi, bu il isə 117 min ton tədarük edilib. Yəni ixracın həcmi 70 min ton azalıb. Ona görə də qiymətdə azalma müşahidə olunur. Amma buna baxmayaraq işlərimizi davam etdiririk”.

A. Saparovun sözlərinə görə, hazırda bütün dünyada soğanın qiyməti ucuzlaşıb, ixrac isə azalıb: "Bu ildən başlayaraq nazirlik plan və göstəriciləri rayon icra hakimiyyətlərinə çatdırmağa başlayıb. Ötən illərdə planda nə qədər soğan əkilməsi, hansı həcmdə olması barədə göstəriş yox idi. Bu ildən Baş nazirin tapşırığı ilə rayonlara göstəriciləri çatdırdıq".

Nazir xatırladıb ki, əvvəlki illərdə həqiqətən də soğanın qiyməti yüksək olub, təsərrüfatlar da onun əkilməsi ilə məşğul olmağa başlayıb: "İndi isə bütün dünyada soğanın qiyməti ucuzlaşıb”.