Rusiya Ukrayna Təhlükəsizlik Xidmətinin obyektlərinə kütləvi raket zərbəsi endirib

Rusiya Ukrayna Təhlükəsizlik Xidmətinin obyektlərinə kütləvi raket zərbəsi endirib

Rusiya Silahlı Qüvvələri Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) obyektlərinə kütləvi raket zərbəsi endirib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Rusiya ordusu Ukraynanın qərar qəbuletmə mərkəzlərinə və SBU-nun obyektlərinə qrup zərbəsi endirib, hədəflər vurulub.

Rusiya MN Ukrayna Silahlı Qüvvələri gün ərzində Donetsk istiqamətində 425-dən çox hərbi qulluqçusunu itirdiyini açıqlayıb.

"Rusiya Silahlı Qüvvələri cəbhə xətti boyunca Avdeyevski istiqamətində vəziyyəti yaxşılaşdırıb, Ukrayna Silahlı Qüvvələrinin 4 əks-hücumunu dəf edib, düşmən 280-dək hərbi qulluqçusunu itirib, Ukrayna Silahlı Qüvvələri Cənubi Donetsk istiqamətində bir gündə 105-ə qədər hərbçi itirib. Dnepr qoşun qruplaşması sutka ərzində Xerson istiqamətində cəbhə xətti boyunca vəziyyəti yaxşılaşdırıb.

Rusiyanın hava hücumundan müdafiə sistemləri ötən sutka ərzində 131 Ukrayna PUA-sını, iki S-200 raketini və 15 HIMARS və Vampire reaktiv yaylım atəşi qurğusunun mərmisini məhv edib", - deyə Rusiya MN-nin məlumatında qeyd olunub.