ABŞ-də böyük avtomobil körpüsü gəminin çırpılması nəticəsində uçub

ABŞ-də böyük avtomobil körpüsü gəminin çırpılması nəticəsində uçub

ABŞ-nin Merilend ştatının Baltimor şəhərində yük gəmisinin çırpılması nəticəsində 2,57 km uzunluğunda olan avtomobil körpüsü uçaraq suya düşüb.

“Birxeber.Az” TASS-a istinadən xəbər verir ki, bu barədə “Wtop News” radiostansiyası məlumat yayıb.

Bildirilib ki, yük gəmisi körpünün dayağına çırpılıb, alışıb və batıb.

Körpünün uçması nəticəsində bir neçə avtomobil çaya düşüb, onların sayı dəqiqləşdirilmir.