Türkiyədə hərbçilər qəzaya düşüb, 1 nəfər ölüb, 9 nəfər yaralanıb - YENİLƏNİB

Türkiyədə hərbçilər qəzaya düşüb, 1 nəfər ölüb, 9 nəfər yaralanıb - YENİLƏNİB

Türkiyədə Ərzican-Sivas yolunda baş verən avtoqəzada 1 nəfər ölüb, 9 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Bildirilib ki, minik maşınının mikroavtobusla toqquşması nəticəsində yaralanan 9 nəfərdən 6-sı hərbçi olub. Onlar xəstəxanaya yerləşdirilib.

Qəza ilə bağlı araşdırma aparılır.

14:58

Türkiyədə daha bir avtobus qəzası olub.

“Report” xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Bildirilib ki, qəza Sivas şəhərində qeydə alınıb. Avtobusun içərisində 40 nəfər olub, onların çoxu yaralanıb.

Hadisənin səbəbi hələ ki məlum deyil.

Xatırladaq ki, bu gün səhər saatlarında Kastamonu şəhərində də avtobus qəzası olub. Nəticədə 6 nəfər ölüb, 33 nəfər yaralanıb.