Bakıda avtobusun iştirakı ilə zəncirvari qəza olub, xəsarət alan var - FOTO

Bakıda avtobusun iştirakı ilə zəncirvari qəza olub, xəsarət alan var - FOTO

Bakının Nərimanov rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, qəza Fətəli xan Xoyski ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsində qeydə alınıb.

Belə ki, “Toyota Prius”, “Chevrolet” və 67 nömrəli marşrut avtobusu toqquşub. Bir nəfər yüngül xəsarət alıb.

Qəza səbəbindən yolda sıxlıq müşahidə edilib.

Əraziyə polis əməkdaşları cəlb olunub.

Hadisənin təfərrüatı araşdırılır.