Ermənistanda nazirin çıxışından əvvəl deputatların telefonları əllərindən alınıb

Ermənistanda nazirin çıxışından əvvəl deputatların telefonları əllərindən alınıb

Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə komissiyasının qapalı iclasında müdafiə naziri Suren Papikyanın çıxışından əvvəl deputatların və təhlükəsizlik qüvvələrinin nümayəndələrinin telefonları dinlənmənin qarşısının alınması məqsədilə yığılaraq xüsusi seyfdə gizlədilib.

“Birxeber.Az” Ermənistan KİV-inə istinadən xəbər verir ki, komissiyanın rəhbəri Andranik Köçəryan iclas iştirakçılarına telefonlarını seyfə qoymağı təklif edib.

2021-2026-cı illər üçün hökumət proqramının icrasına həsr olunan iclasda müdafiə nazirinin bütün müavinləri, nazirliyin hüquq və maliyyə məsələləri üzrə departament rəisləri iştirak ediblər.

Qapalı iclas başlamazdan əvvəl Papikyan qısa giriş nitqi ilə çıxış edərək bildirib ki, 2023-cü ildə Müdafiə Nazirliyinin beş proqramı üzrə dövlət büdcəsindən 526,47 milyard dram (1,3 milyard dollar ABŞ dolları) ayrılıb, büdcədən maliyyələşmənin icrası 99,8 faiz təşkil edib.