Elxan Məmmədova FIFA-da yüksək vəzifə verildi

Elxan Məmmədova FIFA-da yüksək vəzifə verildi

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədova FİFA-da yüksək vəzifə verilib.

Birxeber xəbər verir ki, bu barədə FİFA məlumat yayıb.

O, FİFA-nın Avropa Milli Assosiasiyalarla iş üzrə direktoru təyin olunub.

E.Məmmədov 2022-ci il mayın 1-dən müxtəlif regionlar üzrə FIFA Forward layihəsinin icrası, FIFA-nın Avropadakı 55 üzv ölkəsində futbolun inkişafı üçün lazımi layihələri müəyyən etmək, onların müxtəlif spesifik tələblərinin təhlilini aparmaq və bu layihələrin FIFA-nın iş prinsipi çərçivəsinə uyğunluğunu təmin etmək fəaliyyətinə başayacaq.

FIFA prezidenti Canni İnfantino da Elxan Məmmədovun təyinatından danışıb: "Elxanın FIFA komandasına qoşulması bizim gücümüzə güc qatır. Onun futbolun dayaqlarını möhkəmləndirmək üçün götürdüyü öhdəliklər Azərbaycanda idman üçün faydalı olub. Məmmədovun öz təcrübəsini bütövlükdə Avropa futboluna da tətbiq edəcəyini düşünürəm və ona "FIFA komandasına xoş gəlmisən deyirəm".

Elxan Məmmədov 2007-2022-ci illərdə AFFA-nın baş katibi çalışmışdır və Azərbaycanda bütün idman növlərinin yüksəldilməsində aparıcı rol oynayıb. Hazırda Məmmədov UEFA-nın Fair Play və Sosial Məsuliyyət Komitəsinin vitse-prezidenti (2008-ci ildən) və FIFA Fair Play və Sosial Məsuliyyət Komitəsinin üzvüdür.

O, AFFA-da fəaliyyətini İcraiyyə Komitəsinin üzvü və ictimai əsaslarla vitse-prezident olaraq davam etdirəcək.

Birxeber
İDMAN İDMAN
İslamiada: Azərbaycan idmançıları daha bir medal qazandı

İslamiada: Azərbaycan idmançıları daha bir medal qazandı

İDMAN İDMAN
FIFA-nın qərarı Avropada qalmaqla yaratdı: 10-dan çox assosiasiya qurumdan ayrılmağı planlaşdırır

FIFA-nın qərarı Avropada qalmaqla yaratdı: 10-dan çox assosiasiya qurumdan ayrılmağı planlaşdırır

İDMAN İDMAN
"Qarabağ" Vadjinin yerinə Yusuf Demiri transfer edir?

"Qarabağ" Vadjinin yerinə Yusuf Demiri transfer edir?

İDMAN İDMAN
Bebetoya Şuşaya aid xatirə hədiyyəsi verildi - FOTO

Bebetoya Şuşaya aid xatirə hədiyyəsi verildi - FOTO

İDMAN İDMAN
"ASK Arena" satılıb

"ASK Arena" satılıb

İDMAN İDMAN
Bakıda keçirilən Dünya Kubokunda 10 m məsafəyə tapança atıcılığı növündə final yarışı başa çatıb - YENİLƏNİB - 1

Bakıda keçirilən Dünya Kubokunda 10 m məsafəyə tapança atıcılığı növündə final yarışı başa çatıb - YENİLƏNİB - 1

İDMAN İDMAN
"Formula 1": Sprint yarışlarının sayı artırılıb

"Formula 1": Sprint yarışlarının sayı artırılıb

İDMAN İDMAN
AFFA “Qarabağ” və “Neftçi”ni cərimələyib

AFFA “Qarabağ” və “Neftçi”ni cərimələyib

İDMAN İDMAN
DÇ-2022-də püşkatmanın vaxtı bəlli oldu

DÇ-2022-də püşkatmanın vaxtı bəlli oldu

İDMAN İDMAN
Azərbaycan şahmatçısı dünya çempionatında erməni rəqibinə qalib gəlib

Azərbaycan şahmatçısı dünya çempionatında erməni rəqibinə qalib gəlib

İDMAN İDMAN
Formula 1: Azərbaycan Qran-prisinin vaxtı açıqlandı

Formula 1: Azərbaycan Qran-prisinin vaxtı açıqlandı

İDMAN İDMAN
Jurnalistlər arasında Zəfər Kuboku keçiriləcək

Jurnalistlər arasında Zəfər Kuboku keçiriləcək