Ötən gün vətəndaşlardan silahlar və sursatlar götürülüb

Ötən gün vətəndaşlardan silahlar və sursatlar götürülüb

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyindən Birxeber.Az-ya verilən xəbərə görə, martın 24-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 qumbara, 2 alışdrıcı, 2 patron darağı və 132 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.

Bundan əlavə, martın 24-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 tapança, 1 tüfəng, 2 patron darağı və 10 ədəd patron aşkar edilərək götürülüb.