Ekspert: "Yeni Çin-Almaniya marşrut xətti bölgə üçün əlavə imkan yaradır"

Ekspert: "Yeni Çin-Almaniya marşrut xətti bölgə üçün əlavə imkan yaradır"

"Çindən Almaniyaya yeni marşrut xəttinin açılması Azərbaycanın yerləşdiyi bölgə üçün yeni imkanlar yaradır, bu yolun potensialı böyükdür".

Bunu "Birxeber"a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev deyib.

"Yeni marşrut xəttinə əsasən, Çindən yüklər qatarla, Xəzər və Qara dənizləri vasitəslə Almaniyaya çatdırılacaq. Rusiya- Ukrayna mühaibəsi qonşu ölkədən keçən nəqliyyat dəhlizlərinin qapanmasına gətirib çıxarıb və quru yollar üzərindən Avropa-Çin və yaxud əks istiqamətdə digər dəhlizlərə marağı artırıb”, - deyə o, qeyd edib.

Ekspertin sözlərinə görə, hazırda Şərq-Qərb nəqliyyat dəhlizinin digər hissəsi olan Trans Xəzər Nəqliyyat Marşrutu üzrə yüklər göndərilir: “Əgər Çinin təklif etdiyi multimodal daşımalar Xəzər dənizi üzərindən həyata keçirilsə, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə yüklər Qara dənizə daşınacaq, oradan isə Bolqarıstan, Rumıniya, Çexiya və Almaniyaya göndəriləcək. Yenə bu yolun multimodal alternativi Qara dəniz üzərindən davam edir, yüklər Çin istiqamətində bizə gəlir və bizdən Gürcüstan limanlarına, oradan da Rumıniyanın Konstanta limanına, Macarıstan, Çexiya və Almaniyaya göndərilir”.

"Azərbaycan Şərq-Qərb dəhlizindən keçən bütün yükü götürmək gücünə malik deyil. Burda obyektiv səbəblər var, onlardan biri şaxələndirilmiş alternativin olmamasıdır. Azərbaycanla Ermənistan arasında kommunikasiya açılmayıb. Gürcüstan istiqamətində bir xəttdir. Alternativlər yaratmağa imkan var, şaxələr artıqca mövcud infrastrukturda daha çox ötürmə gücümüz və potensialımız olacaq”, - deyə R.Ağamirzəyev əlavə edib.

O, bu baxımdan BTQ-nın əhəmiyyətinə də toxunub: “BTQ-nın birinci mərhələdə yük ötürmə gücü 6,5 milyon tondur. Lakin hazırda Türkiyə bəyan edib ki, BTQ üzərindən gündəlik 3 500 ton yük daşımaq gücünə malik. Bu isə bir ildə 1 milyon 277 min ton yük edir. Yəni, bizim yükləri ötürməyə imkanımız var. Bizim həmçinin Şərq tərəfdən Sakit okean - Mərkəzi Asiya multimodal marşutumuz da var. Çin, Qırğızıstan, Özbəkistan, Tükmənistan üzərindən yüklər bizdən keçir. Üstün mövqeyimiz budur ki, Şərqdən bizə iki istiqamətdən yüklər gəlir.

Şərq-Qərb nəqliyyat dəhlizinin keçdiyi ölkələr bu yola investisiya etməlidir, dəhliz genişlənməlidir. Böyük bir prosesdir, bu, bir günə başa gəlmir, davamlı investisiya, infrastruktur həllindən tutmuş, texnikanın - lokomativ parkının yenilənməsi də həyata keçirilməlidir. Yük artıqca fider gəmilərinin də sayı artırılmalıdır".

Xatırladaq ki, aprelin 13-də Çinin şimal-qərbindəki Şaansi əyalətinin paytaxtı Sian şəhərindən Almaniyanın Mannheim şəhərinə gedən yük qatarı yola çıxıb. Bu qatar Qazaxıstan, Azərbaycan, Rumıniya, Macarıstan, Slovakiya və Çexiyanın ərazisindən keçəcək və ümumilikdə 11 300 km məsafə qət edəcək. Onunla idman avadanlıqları, paltar və yataq dəstləri göndərilib.

İnfrastruktur İnfrastruktur
Qazaxıstan və Azərbaycan dəmir yolları arasında logistika sahəsində əməkdaşlığa dair saziş imzalanıb

Qazaxıstan və Azərbaycan dəmir yolları arasında logistika sahəsində əməkdaşlığa dair saziş imzalanıb

İnfrastruktur İnfrastruktur
Türkiyə məktəbliləri Prezident İlham Əliyevə məktub yazıb

Türkiyə məktəbliləri Prezident İlham Əliyevə məktub yazıb

İnfrastruktur İnfrastruktur
Azərbaycanda 9 suvarma kanalının tikintisinə və yenidən qurulmasına 39 milyon manat xərclənəcək

Azərbaycanda 9 suvarma kanalının tikintisinə və yenidən qurulmasına 39 milyon manat xərclənəcək

İnfrastruktur İnfrastruktur
Bakının Bakıxanov qəsəbəsində Sülh küçəsinin əsaslı təmiri yekunlaşır

Bakının Bakıxanov qəsəbəsində Sülh küçəsinin əsaslı təmiri yekunlaşır

İnfrastruktur İnfrastruktur
"Azərsu" ABŞ-da keçirilmiş “WasteExpo-2022” sərgi-konfransına qatılıb

"Azərsu" ABŞ-da keçirilmiş “WasteExpo-2022” sərgi-konfransına qatılıb

İnfrastruktur İnfrastruktur
Pirallahıda 3 küçə təmir edilib

Pirallahıda 3 küçə təmir edilib

İnfrastruktur İnfrastruktur
Prezident: "Kəlbəcər və Laçın rayonlarında hərbi əhəmiyyətli yolların çəkilişi davam etdiriləcək"

Prezident: "Kəlbəcər və Laçın rayonlarında hərbi əhəmiyyətli yolların çəkilişi davam etdiriləcək"

İnfrastruktur İnfrastruktur
Saleh Məmmədov Horadizdə vətəndaşları qəbul edəcək

Saleh Məmmədov Horadizdə vətəndaşları qəbul edəcək

İnfrastruktur İnfrastruktur
Şuşada su anbarının yaradılması üçün işlərə başlanılıb

Şuşada su anbarının yaradılması üçün işlərə başlanılıb

İnfrastruktur İnfrastruktur
AZAL Bakıdan Ammana birbaşa reys açır

AZAL Bakıdan Ammana birbaşa reys açır

İnfrastruktur İnfrastruktur
“100 yeni beynəlxalq sürücü” layihəsinə başlanılıb - FOTO

“100 yeni beynəlxalq sürücü” layihəsinə başlanılıb - FOTO

İnfrastruktur İnfrastruktur
Dövlət başçısı: "Zəngilan Beynəlxalq Hava Limanının istifadəyə verilməsi bu ilə nəzərdə tutulur"

Dövlət başçısı: "Zəngilan Beynəlxalq Hava Limanının istifadəyə verilməsi bu ilə nəzərdə tutulur"