Moskvadan İrəvana uçan təyyarənin sərnişini çantasında bomba olduğunu deyib - YENİLƏNİB

Moskvadan İrəvana uçan təyyarənin sərnişini çantasında bomba olduğunu deyib - YENİLƏNİB

Şeremetyevoda təyyarədə olan sərnişin təyyarə bələdçisinin telefon danışığından əsəbiləşdiyi üçün bomba xəbərini verib.

Birxeber.Az xəbər verir ki, partlayıcılarla bağlı ifadənin zarafat olduğu üzə çıxıb.

***

15:52

Moskvanın Şeremetyevo hava limanında bir sərnişin bel çantasında bomba olduğunu deyib.

Birxeber.Az-nın Moskva müxbiri xəbər verir ki, bu barədə 112 teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, Şeremetyevo hava limanında bomba xəbəri yayıldıqdan sonra İrəvana uçuş gecikib.

Bu barədə təyyarənin sərnişinlərindən biri stüardessalara məlumat verib. Hazırda təyyarənin yola salınması saxlanılıb, polis araşdırma aparır.