Bakıda sunada yanğın olub

Bakıda sunada yanğın olub

Bakı şəhərinin Qaradağ rayonunda ümumi sahəsi 50 m² olan sauna otağının yanar konstruksiyaları yanıb.

Birxeber.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.