Gəncədə avtomobil piyadanı vuraraq öldürüb
Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Report"un Qərb bürosunun məlumatına görə, Gəncə şəhər ərazisində "Mercedes" markalı avtomobil öncə piyadanı vurub, daha sonra idarəetmədən çıxaraq yol kənarındakı 2 minik avtomobillərinə çırpılıb.
Qəza nəticəsində piyada aldığı xəsarətdən dünyasını dəyişib. Hadisədə daha bir nəfər isə xəsarət alıb və xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.