"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ölkə ərazisində 5 milyon ağac əkiləcək

"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ölkə ərazisində 5 milyon ağac əkiləcək

"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ölkə ərazisində 5 milyon ağac və kol tinginin əkilməsi nəzərdə tutulub.

"Report" xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov ekoloji məsələlər üzrə işçi qrupun Zəngilanda keçirilən iclasında deyib.

Onun sözlərinə görə, işlərin böyük hissəsini nazirlik özü həyata keçirəcək: "Əlbəttə ki, ağacların 3 milyonuna yaxınını Ekologiya və Təbii Sərvətlər Nazirliyi özü əkəcək. Ağaclar meşə təsərrüfatlarımızda, Abşeron rayonunda və işğaldan azad edilən ərazilərdə əkiləcək. 2 milyonu isə ölkənin icra hakimiyyətlərinin, nümayəndəliklərinin və digər icra orqanlarının üzərindədir. Bizim kifayət qədər ting materiallarımız var və 5 milyonluq əkini təmin edə bilərik".

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.