Aİ Rusiyadakı terror aktını pisləyib

Aİ Rusiyadakı terror aktını pisləyib

Avropa İttifaqı Rusiyanın Moskva vilayətində konsert zalında baş vermiş terror aktını pisləyib.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarının mətbuat katibi Peter Stano sosial şəbəkədə bildirib.

“Aİ Moskvada “Krokus siti holl” binasında terror aktı ilə bağlı xəbərlərdən şokdadır və dəhşətə gəlib. Aİ mülki şəxslərə qarşı istənilən hücumu pisləyir. Düşüncələrimiz zərərçəkmiş bütün Rusiya vətəndaşları ilədir”, – o qeyd edib.

Xatırladaq ki, Moskva vilayətindəki “Krokus siti holl” konsert zalında terror aktı olub. Hadisədə 40 nəfər ölüb, 100-dən çox insan yaralanıb.