Sahibə Qafarova və Alen Simonyan arasında görüş keçirilir - FOTO

Sahibə Qafarova və Alen Simonyan arasında görüş keçirilir - FOTO

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova və onun ermənistanlı həmkarı Alen Simonyan arasında İsveçrənin Cenevrə şəhərində görüş keçirilir.

Birxeber.Az-nın İsveçrəyə ezam olunan əməkdaşı xəbər verir ki, ikitərəfli görüş Parlamentlərarası İttifaqın Cenevrədə keçirilən 148-ci Assambleyası çərçivəsində baş tutur.

İttifaqın təşəbbüsü və vasitəçiliyi ilə təşkil olunan görüş zamanı Azərbaycan və Ermənistan arasında davam edən sülh danışıqlarının parlamentlər tərəfindən hansı formada dəstəklənə biləcəyi məsələlərinin müzakirə olunacağı gözlənilir.

Süleyman Həmidov