İsrail ordusu Qəzzada xəstəxanada yüzlərlə terrorçunu saxlayıb

İsrail ordusu Qəzzada xəstəxanada yüzlərlə terrorçunu saxlayıb

Qəzza zolağındakı “Əl-Şifa” xəstəxanasında əməliyyat davam edir və indiyədək terrorda şübhəli bilinən 500-dən çox şəxs saxlanılıb.

“Report” xəbər verir ki, bu barədə İsrail ordusunun bəyanatında deyilir

“İndiyədək biz 500-dən çox şübhəli şəxsi saxlamışıq, onlardan 358-i HƏMAS və İslami Cihad qruplarına aiddir”, - deyə məlumatda bildirilib.

Vurğulanıb ki, xəstəxana binalarının içərisində döyüşlər davam edir. Yaraqlılar hazırda təcili tibbi yardım şöbəsinin ərazisində barrikadadadırlar və xəstələr başqa binaya təxliyə edilir.