Bakıda avtomobil piyadanı vuraraq komatoz vəziyyətə salıb

Bakıda avtomobil piyadanı vuraraq komatoz vəziyyətə salıb

Bakının Sabunçu rayonunda yol qəzası zamanı piyada ölümcül xəsarət alıb.

APA xəbər verir ki, hadisə Zabrat qəsəbəsində qeydə alınıb.

1985-ci il təvəllüdlü Vəliyev Mübariz Ədalət oğlu marketdən çıxaraq əks istiqamətə keçmək istəyib.

Bu zaman onu minik avtomobili vurub.

Piyada aldığı xəsarətlərdən komatoz vəziyyətə düşüb.

Yaralı xəstəxanaya çatdırılıb.

Fakt Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırılır.