Zərdabda güclü yağışdan sonra qrunt suları evlərə dolub

Zərdabda güclü yağışdan sonra qrunt suları evlərə dolub

Zərdabda güclü yağış bir sıra fəsadlar yaradıb.

”Birxeber.Az”un Yuxarı Şirvan bürosu xəbər verir ki, rayonun Məlikumudlu kəndində yağışdan sonra üzə çıxan qrunt suları evləri, tövlələri, yardımçı tikililəri cənginə alıb.

Sakinlər “Birxeber.Az”un yerli bürosuna sel sularını nasoslar vasitəsilə qurutmağa çalışdıqlarını bildiriblər.

Zərdab Rayon İcra Hakimiyyətinin Məlikmudlu kənd icra nümayəndəsi Ağaverdi Novruzov mövcüd vəziyyətdən xəbərdar olduqlarını və yaxın günlərdə kənd ərazisində qrunt sularının axıdılması üçün drenaj kanalının yenidən qazılmasına başlayacaqlarını bildirib.

A.Novruzov vurğulayıb ki, görülən işlərdən sonra kənd ərazisindəki qrunt suları çəkiləcək və sakinləri narahat edən problem arxadan qaldırılacaq.